Diqqət:
“Tələbə-məzun” dövlət elektron məlumat sisteminin kök sertifikatının köhnəlməsi
ilə bağlı İstifadəçilərin sistemə daxil olmalarında problem yaranmışdır. Bu
problemi aradan qaldırmaq üçün xüsusi proqram hazırlanmış və “Vaxtı keçmiş Root
sertifikatın yenilənməsi” adı altında www.tmms.gov.az saytında
yerləşdirilmişdir. Sistemdən istifadə
etmək hüququ olan, sertifikat əldə etmiş İstifadəçilər öz kompüterlərinə bu
proqramı yükləməlidirlər. Yükləmə başa çatdıqdan sonra problem aradan qalxmış
olacaqdır. Əgər bu proqramın tətbiqi ilə problem aradan
qalxmazsa, onda administratora müraciət
edilməlidir. “Vaxtı keçmiş Root sertifikatın yenilənməsi” proqramını sistemə
yükləmək üçün ilk növbədə aşağıdakıları etmək lazımdır - proqramı öz
kompüterinizə endirməlisiniz, - proqramı yükləməlisiniz. Proqram yüklənərkən
bütün suallarla razılaşmalı və “далее” (next) düyməsini basmaq tələb olunur.