Daha bir
elektron arayış portala inteqrasiya edildi
§ Vətənadşın soyadı,
adı və ata adı
§ Vətəndaşın doğum tarixi və
qəbul olduğu tədris ili
§ Qəbul üçün əsas
§ Təhsil müəssisəsinin adı
§ Təhsilin dövlət hesabına və
ya ödənişli əsaslarla olması barədə məlumat
§ Təhsil səviyyəsi
§ İxtisasın şifri, adı və təhsilalma
forması
§ Təhsil üzrə cari vəziyyət
§ Diplomum seriya, nömrəsi və
qeydiyyat nömrəsi
§ Diplomun verilməsi haqqında əmrin
tarixi
§ Diplomun növü
Əgər vətəndaş təhsil müəssisəsinə
bir neçə dəfə qəbul olmuşdursa, onda hər
bir qəbul olma ilə bağlı zəruri məlumatlar e-arayışda
əks olunur. Qeyd edək ki, TQDK tərəfindən portal
üzərindən təqdim olunan e-arayış “Tələbə-Məzun”
dövlət elektron məlumat sistemi əsasında
hazırlanmışdır. Sözügedən
e-arayışdan faydalanmaq üçün "Elektron
Hökumət" portalında qeydiyyatdan keçmək
mütləqdir.
"Vətəndaş haqqında "Tələbə-məzun"
dövlət elektron məlumat sistemindən
çıxarış" e-xidməti sayəsində
artıq saxta diplomlardan istifadə halları birmənalı
olaraq aradan qalxmış olacaq. Eyni zamanda "Tələbə-məzun"
dövlət elektron məlumat sisteminin portala inteqrasiyası nəticəsində
tezliklə portal üzərindən “Elektron CV”-lərin formalaşdırılması
da mümkün olacaq.
Qeyd edirik ki, "Tələbə-məzun"
dövlət elektron məlumat sistemində olan məlumatlar əsasən
1992-ci ildən hazıradək olan dövrü əhatə
edir. TQDK tərəfindən elektron ərizə qəbulu
2008-ci ildən etibarən həyata keçirilir və həmin
ildən başlayaraq, demək olar ki, bütün məlumatlar
tam şəkildə FİN-ə (Fərdi İdentifikasiya
Nömrəsi) uyğunlaşdırılıb. 2001-ci ildən
2008-ci ilə qədər dövr üzrə məlumatlar isə
soyad, ad və ünvan üzrə Daxili İşlər
Nazirliyinin "Giriş-cıxış
və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat axtarış
sistemi ilə üzləşdirilib və tapılan
FİN-lər sistemə əlavə edilib. Buna görə də
1992-2008-ci illər üzrə FİN-ə görə bəzi
məlumatlar tapılmaya bilər.
"Tələbə-məzun"
dövlət elektron məlumat sistemi 2012-ci ilin may ayından
istifadəyə verilib. Ona görə də 2012-ci ildən
başlayaraq ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş şəxslərin diplom haqqında məlumatları
təhsil müəssisələri tərəfindən sistemə
daxil edilmişdir. Əvvəlki illərin buraxılış
kontingentinin diplom haqqında məlumatları isə bəzi təhsil
müəssisələri tərəfindən qismən sistemə
daxil edilmişdir. Bu səbəbdən də 2012-ci ilə qədər
təhsilini başa vurmuş şəxslərin diplom
haqqında və ya digər zəruri məlumatları sistemdə
olmaya bilər. Bu problemi aradan qaldırmaq üçün yaxın
günlərdə “Əks əlaqə” xidməti aktivləşdiriləcək
və FİN-ə görə məlumatları tapılmayan
istifadəçilər aidiyyatı təhsil müəssisəsinə
sorğu ünvanlaya biləcəklər. Sorğu əsasında vətəndaşın
çatışmayan məlumatları sistem administratorunun
(TQDK) nəzarəti altında təhsil müəssisəsi tərəfindən
sistemə daxil ediləcək və bundan sonra FİN üzrə
axtarış etmək və e-arayışı avtomatik
formalaşdırmaq mümkün olacaq.