Ayrı-ayrı dövlət orqanlarına məxsus şəbəkələr arasında avtomatlaşdırılmış informasiya mübadiləsi həyata keçirmək məqsədilə sistemə WEB Xidməti əlavə edilmişdir. Hazırda Tələbə qəbulu üzrə Dövlət komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya məxsus şəbəkələrdə istifadə olunan proqram vasitələrindən bu WEB Xidmətə müraciət etməklə birbaşa məlumat əldə edir.