Bir sıra istifadəçilərin 2-ci ixtisas təhsili və xarici təhsil müəssisəsindən köçürmə zamanı səhv etdiyini nəzərə alaraq “Yeni tələbələrin qeydiyyatı” hissəsində dəyişiklik edilmişdir. Qəbul əmri bölməsində Tələbənin qəbul olunduğu il (köçürmə zamanı köçürüldüyü il anlamına gəlir) əlavə edilmişdir. Burada tələbənin 2-ci ixtisasa qəbul olduğu və ya xarici təhsil müəssisəsindən köçürüldüyü il yazılır. Qəbul olduğu semestr hissəsində tələbənin oxuyacağı semestr müəyyən edilir. Qəbul məlumatları bölməsində tədris ilində qəbul olmuş tələbələr sırasına köçürülür/olunur(I semestrə uyğun il) hissəsində tələbənin hansı ildə qəbul olmuş tələbələr sırasında oxuyacağı müəyyən edilir və istifadəçi tərəfindən təyin edilir. Sistem tərəfindən Tələbənin qəbul olunduğu il, tələbənin oxuyacağı il və semestr arasında uyğunluq müəyyən edilir. Əgər uyğunluq yoxdursa istifadəçidən problemi aradan qaldırmaq tələb olunur.
Söylənilənləri misal üzərində izah edək:
Xaricdən köçürmə:
Tutaq ki, tələbə xarici təhsil müəssisəsindən 2007/2008-ci tədris ilində 3-cü semestrə (yəni 2-ci kursa) köçürülür. Onda
Tələbənin qəbul olunduğu il=2007/2008
Semestr=3
Tələbənin oxuyacağı il=2006/2007
2-ci ixtisasa qəbul:
Tutaq ki, tələbə 2-ci ixtisas 2007/2008-ci tədris ilində 5-ci semestrə (yəni 3-cü kursa) qəbul edilir. Onda
Tələbənin qəbul olunduğu il=2007/2008
Semestr=5
Tələbənin oxuyacağı il=2005/2006