Ana səhifəyə qayıtmaq
Ən çox verilən suallar
Sual:Sertifikatı haradan yükləmək olar?
Cavab: Sertifikatı yükləmək üçün http://tmms.gov.az səhifəsində solda Serifikat proqramını (sertifikatoru) yükləmək keçidinə basmaq lazımdır. Bu proqramı kompüterinizə yüklədikdən sonra sertifikatı onun vasitəsilə əldə etmək olar.

Sual:Proqramla işləmək üçün təlimatı necə əldə edək?
Cavab: Təlimatın ən son versiyası http://tmms.gov.az ana səhifəsində solda Təlimatı yükləmək keçidinin altında yerləşir.

Sual:WINDOWS 7 sistemi yüklənmiş lokal kompüterdə TMMS_Certificator proqramı işə salınarkən sistemə daxil olmuş istifadəçinin hansı səlahiyyəti olmalıdır?
Cavab: WINDOWS 7 sistemi yüklənmiş lokal kompüterdə TMMS_Certificator proqramı işə salınarkən sistemə daxil olmuş istifadəçi administrator hüquqlu olmalıdır və ya TMMS_Certificator proqramı C:\Setup_TMMS_Certificator\ kataloqunun içərisində TMMS_Certificator proqramının üzərində siçan qurğusunun sağ düyəsini basmaqla açılan kontext menyudan Run as Adminisrator komandasını verməklə işə salınmalıdır .

Sual:İstifadəçilər TMMS_Sertificator proqramında Domeyn adı və Şifrəni daxil edərkən bu sahələrə daxil ediləcək mətnin doğruluğuna əmin olmaq üçün MS Word və ya MS Excel proqramlarından hansından istifadə edə bilərlər?
Cavab: MS Word proqramında mətn yığılıb yaddaşa götürüldükdə istənilən halda “Enter” düyməsinin kodu da yaddaşa götürülür. Beləliklə, Domeyn adı və Şifrə bir simvol artmış olur. Bu isə sertifikat almaq üçün daxil olunan giriş parametrinin səhv olduğuna gətirib çıxarır. Bu problem MS Excel proqramında baş vermir və ona görə də bu proqramdan istifadə etməyi məsləhət görürük. Sertifikat alındıqdan sonra yığılmış mətnin kompüterdə hər hansı bir faylda saxlanması məsləhət görülmür.

Sual:Digər təhsil müəssisəsindən xaric olunmuş tələbəni öz təhsil müəssisəmizə bərpa etmək üçün nə etməliyik?
Cavab: Sistemin əsas menyusundan Digər əməliyyatlar > Digər təhsil müəsisəsindən köçürülmə və ya bərpa seçməklə, açılan səhifədə Bir təhsil müəssisəsindən xaric olunmuş tələbənin digər təhsil müəssisəsinə bərpa edilməsi variantını seçib uyğun sahələri doldurub tələbəni axtarmaq lazımdır.

© 2012-2024 "Tələbə-məzun" dövlət elektron məlumat sistemi. Müəllif hüquqları qorunur.
Sistemin idarəetməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir